Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri "Suraxanı" gəmi-muzeyinin qonağı olublar

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə keçirilən “QHGT İqlim Fəaliyyəti Forumu”nun iştirakçıları ASCO-nun “Suraxanı” gəmi-muzeyində olublar.

Qonaqlara dünyanın ilk tanker muzeyi haqqında ətraflı məlumat verilib. Onlar bələdçilərin müşaiyəti ilə ekspozisiya zalları ilə yaxından tanış olub, Azərbaycan və dünya gəmiçilik tarixinə aid eksponatları izləyiblər.

Muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər də qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndələrinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatın Gənclər Sammiti zamanı Şəbəkənin təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatı ölkələri arasında beynəlxalq dialoqa təkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır