Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Serbiyada yelkənli səyahət” layihəsinə başlanılıb

Dunayda su infrastrukturunun hərtərəfli inkişafını əhatə edən yeni “Serbiyada yelkənli səyahət” layihəsinə başlanılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Serbiyanın Turizm və Gənclər Nazirliyindən bildirilib.

"Bir neçə gün əvvəl ölkənin ən böyük  Veliki Qradişte körpüsündə işlərə başlanılıb. Biz Banostorda böyük beynəlxalq körpü tikəcəyik və Donji Milanovacdakı beynəlxalq sərnişin körpüsünün tutumunun ikiqat artırılması istiqamətində də işlər aparılır".

Ölkənin biznes ictimaiyyəti turist axınına ümid edir. Məsələn, keçən il Dunayda səfər etmək istəyənlərin sayı üçdə birdən çox artıb. Turizm və Gənclər Nazirliyinin katibinin sözlərinə görə, 2023-cü ildə Serbiya kruiz gəmilərinin yanalmalarının sayına görə pandemiyadan əvvəlki səviyyəyə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır