Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Gündə bir konteyner gəmisi istismara verilir

Bu il orta hesabla gündə bir konteyner gəmisi istismara verilir və bu tendensiya səngimir. Analitiklərin bazarda yükgötürmə qabiliyyətinin artıqlığı ilə bağlı narahatlıqlarına baxmayaraq, daşıyıcılar yeni gəmilər sifariş etməyə davam edirlər.

“Seanews.az” xəbər verir ki, altıncı ən böyük konteyner xətti olan “ONE” 2030-cu ilə qədər daşıma qabiliyyətini 3 milyon TEU-ya çatdırmağı planlaşdırdığını açıqlayıb. Artıq sifariş edilmiş konteyner gəmilərini nəzərə alsaq, “ONE”-nin konteyner donanmasının ümumi tutumu hazırda 2,3 milyon TEU təşkil edir. Beləliklə, illik artım tempi 10% olacaq.

“Linerlytica” konsaltinq agentliyinin hesablamalarına görə, Yaponiya daşıyıcısının xərcləri təxminən 35 milyard dollara çatacaq.

ONE-nin planlarını bir neçə illik aşağı artımdan sonra bazar payını bərpa etmək üçün gecikmiş cəhdə də oxşadırlar.

“Splash” yazır: "ONE ilk dəfə 2016-cı ildə elan ediləndən bəri, birləşmiş Yaponiya daşıyıcısı ötən yeddi il ərzində öz donanmasını cəmi 30% böyütsə də, ümumi bazar 40% böyüdü".

Hazırda yalnız dörd daşıyıcı 3 milyon TEU-dan çox donanma ilə öyünə bilər. Bunlar “COSCO”, “CMA CGM”, “Maersk” və “MSC” şirkətləridir. Eyni zamanda, “MSC”-nin daşıma qabiliyyəti tezliklə 6 milyon TEU-nu keçəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır