Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

ASCO sədri Rauf Vəliyev gənclərlə görüş keçirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə heyətinin sədri Rauf Vəliyev 2 Fevral – Gənclər Günü münasibətilə “Suraxanı” gəmi-muzeyində şirkətin müxtəlif strukturlarında çalışan gənc əməkdaşlarla səmimi şəraitdə görüş keçirib.

Rauf Vəliyev bayram münasibətilə bütün gəncləri təbrik edərək bildirib ki, Azərbaycanda gəncliyə dövlət tərəfindən diqqət və qayğının göstərilməsinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil edib. Sədr Azərbaycanda gənclərə hazırda göstərilən diqqət və qayğıdan, onların öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən də danışıb.

ASCO-da gənclərə yönəlik həyata keçirilən layihələr barədə ətraflı məlumat verən Rauf Vəliyev bildirib ki, savadlı və istedadlı gənclər hər zaman ASCO sıralarında öz yerlərini tuta bilirlər. Həmçinin şirkətdə bir çox mühüm vəzifələr də gənclərə həvalə olunub və sevindiricidir ki, onlar öz işlərinin öhdəsindən layiqincə gələrək etimadı doğrultmağı bacarırlar.

Görüşdə sədr gəncləri maraqlandıran sualları da cavablandırıb.

Daha sonra Rauf Vəliyev Gənclər Günü münasibətilə gəmi-muzeydə təşkil olunan “İnnovativ gənclik, innovativ gəmiçilik” adlı tədbirdə iştirak edib, burada müxtəlif sahələr, o cümlədən gəmiçiliklə bağlı nümayiş olunan innovativ layihələrlə tanış olub.

Qeyd edək ki, “AzeRobot Education" şirkətinin dəstəyi ilə keçirilən tədbir çərçivəsində innovasiya, innovativ düşüncənin formalaşdırılması üçün zəruri mühit amilləri, şirkətlərin rəqabət imkanlarına innovativ düşüncənin təsiri, bu sahədə dünya təcrübəsində tətbiq edilən metodlar barədə master-klass da təşkil olunub. Bundan başqa, tədbir iştirakçıları üçün “Süni intellekt texnologiyalarının inkişafında əsas trendlər” mövzusunda seminar keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır