Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-25,
Seanews
Heyder Eliyev

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar. Onlara görə, delfinlər bu bacarıqlarından dənizin dibində balıq axtarışında istifadə edirlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, almaniyalı zooloqların araşdırmasına əsasən, afalin-delfinlər çox zəif elektrik sahələrini hiss etmək qabiliyyətinə görə akula və digər balıqlardan heç də geri qalmırlar. Bu bacarıq kitəbənzər heyvanlara Yerin maqnit sahəsindən oriyentasiya üçün istifadə etmək imkanı verir. Alimlərin əldə etdiyi nəticələr “Journal of Experimental Biology” elmi nəşrindəki məqalədə dərc olunub.

“Hətta çox zəif elektrik sahəsini hiss etmək qabiliyyəti delfinlərə dənizin dibində çöküntülər qatı altında gizlənən balığı axtarıb tapmağa imkan verir. Bundan başqa, kitəbənzərlərdə bu bacarığın olması dişli kitlərin niyə miqrasiya zamanı Yerin maqnit sahəsi xətti boyunca irəlilədiklərini izah edir”, - deyə Almaniyanın Rostok Universitetinin professoru Qvido Deynhardt bildirib.

Professor Q.Deynhardtın rəhbərlik etdiyi bioloqlar qrupu artıq 10 ildən çoxdur ki, dəniz məməlilərinin dəyişən və müntəzəm elektrik sahəsini hiss etmək qabiliyyətini öyrənir. Bu dövr ərzində onlar istiqanlı dəniz heyvanları arasında birbaşa iki növdə – Afalin (“Tursiops truncatus”) və Hayana delfinlərində (“Sotalia guianensis”) buna bənzər bacarığı aşkarlayıblar. Alimlər delfinlərin bu hissdən necə istifadə etmələri, onlarda akula və bu qabiliyyətə sahib olan digər balıqlarla müqayisədə elektrik sahəsini hiss etmək bacarığının hansı dərəcədə olması barədə düşünməyə məcbur olublar. Məlumatları toplamaq üçün bioloqlar iki afalin-delfinin – Dolli və Donnanın reaksiyasını izləməkdən ötrü xüsusi qurğu hazırlayıblar.

Alimlər heyvanları bu sahənin əmələ gəlməsinə maksimum sürətlə reaksiya verməyi öyrədiblər. Bundan ötrü delfinlərə əlavə yemək porsiyası verilib. Tədqiqatçıların apardıqları ölçmələr göstərib ki, hər iki delfin hətta ən zəif müntəzəm maqnit sahələrini, eləcə də kifayət qədər dəyişən sahəni müəyyən ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır