Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

"TCG ANADOLU" desant gəmisi İstanbulda ictimai ziyarət üçün açılır

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə "TCG ANADOLU" desant gəmisi ictimai ziyarət üçün açılır.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Milli qürurumuz "TCG ANADOLU" Cümhuriyyətimizin 100-cü ildönümü münasibəti ilə bu gündən etibarən İstanbulda ictimaiyyətə açılır. Sarayburnu limanında yerləşən gəmimizə 31 oktyabr - 02 noyabr 2023-cü il tarixləri arasında saat 10.00-18.00 arası ziyarət edilə bilər", - məlumatda bildirilib.

Qeyd edək ki, “TCG ANADOLU” desant gəmisinin istehsalına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır