Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Şərqi Antarktidanın buz təbəqəsi altında qədim çay yataqları aşkarlanıb

Amerikalı və britaniyalı geoloqlar Şərqi Antarktidanın buzları altında on milyonlarla il əvvələ aid bir neçə qədim çayın yatağını aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb. Tədqiqat çərşənbə axşamı “Nature Communications” jurnalında dərc olunub.

Böyük Britaniyanın Durham Universitetinin professoru Stüart Ceymison bildirib ki, həmkarları ilə birlikdə qitənin şərq hissəsində, Totten və Denman buzlaqlarının yaxınlığında yerləşən buzaltı relyefin öyrənilməsinə yönəlmiş layihə çərçivəsində Antarktidanın buzlaqdan əvvəlki görünüşünün bir hissəsini aşkar ediblər. Elm adamları çoxdan Antarktidanın bu bölgəsində qitənin necə göründüyü ilə maraqlanırdılar, çünki hündürlük dəyişir və onun səthinin ümumi konturları cənub Hind okeanına doğru buzlaqların hərəkət modelinə böyük təsir göstərir.

Yer səthinin topoqrafiyasının strukturu ilə bağlı məlumatlar, uzaqdan zondlama peykləri tərəfindən əldə edilmiş radar görüntüləri və təyyarədən çəkilmiş fotolar elm adamlarına Şərqi Antarktidanın kifayət qədər böyük ərazisinin relyefinin üçölçülü formasını yenidən qurmağa imkan verib. Həmin xəritənin sonrakı tədqiqi Antarktidanın bu bölgəsində uzaq keçmişdə, təxminən 14-34 milyon il əvvəl bir neçə böyük çayın axdığını, çay dərələrinin olduğunu üzə çıxarıb.

Sonrakı geoloji dövrlərdə bu çay dərələri buzla dolub. Sonradan buzlaqlar bu dərələr boyunca qitənin sahillərinə doğru hərəkət etməyə başlayıb ki, bu da onları daha da dərinləşdirərək indiki vəziyyətə gətirib çıxarıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır