Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO-nun strukturuna daxil olan idarələrdə Dünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunub

5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strukturuna daxil olan idarələrdə iməclik keçirilib.

İməcliklərdən öncə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları ətraf mühitin qorunması və onun təmiz saxlanılmasının vacibliyi haqqında danışıb, bu istiqamətdə ASCO üzrə görülən işlər barədə məlumat veriblər.

İməcilik zamanı idarələrin ərazilərində təmizlik işləri görülüb, yol kənarlarındakı quru otlar toplanıb, torpaq ərazilər abadlaşdırılıb, divarlar ağardılıb, ağacların dibi yumşaldılaraq suvarılıb.

Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar  Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda  (ZGTTZ), Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasına aid bir sıra gəmilərdə maarifləndirici tədbirlər də həyata keçirilib. Tədbirlər çərçivəsində dənizçilərə  dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət, ASCO-nun bu istiqamətdə fəaliyyəti barədə danışılıb. Həmçinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığın artırılmasının zəruriliyi diqqətə çatdırılıb, ekoloji maarifləndirmədə hər kəsin fəal olmasının əhəmiyyəti vurğulanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır