Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-15,
Seanews
Heyder Eliyev

“Baku Sailing Regatta-2023” başlayır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunan "Baku Sailing Regatta-2023” üzrə hazırlıqlar başa çatıb.

Bu gün Regattanın ilk günüdür, saat 12:00-da yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 39 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 28-i yekun vurulacaq. Həmin gün saat 14:00-dan Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq, 18:00-da isə qaliblər mükafatlandırılacaqlar.

Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün "Baku Sailing Regatta-2023”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.

Qeyd edək ki, Regatta “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır