Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Ötən ay Antarktikada dəniz buzunun sahəsi rekord dərəcədə azalıb

Fevralın sonunda Antarktikada dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da qışın sonu üçün rekord aşağı göstərici olub.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəsmi nümayəndəsi Kler Nyullis deyib.

"Antarktidada dəniz buzunun hündürlüyü fevral ayında [hava və iqlim müşahidələri] müddəti ərzində ən aşağı səviyyəyə çatıb. BMT-nin ixtisaslaşmış qurumu olan ÜMT-nin məlumatına görə, fevralın sonuna “dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da 2022-ci ilin fevralında qeydə alınan rekord mövsümi minimumdan 93 min kvadrat kilometr azdır", - deyə K.Nyullis bildirib.

Arktikaya gəldikdə, fevral ayında dəniz buzu sahəsi bütün müşahidələr tarixində qış dövrünün sonunda qeydə alınan ikinci ən kiçik ərazi idi - 1,12 milyon kvadratmetrkilometr.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır