IMO gəmi identifikasiya nömrələrinin 8 rəqəmədək genişləndirilməsinin mümkün nəticələri ilə bağlı sorğu aparır
Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmi identifikasiya nömrəsi sxemində istifadə edilən rəqəmlərin sayını 7-dən 8-ə qədər artırmaq təklifini qiymətləndirmək üçün araşdırmaya başlayıb.
Bildirilir ki, nömrə formatına gələcək hər hansı dəyişiklik artıq təyin edilmiş IMO nömrələrinə təsir etməyəcək.
IMO Gəmi İdentifikasiyası Sistemi 1987-ci ildə tətbiq edilib və iştirak könüllü olub. Onun əsas məqsədi dənizdə təhlükəsizliyi yaxşılaşdırmaq, çirklənmənin qarşısını almaq və saxtakarlıqla mübarizə aparmaq idi. Sonradan sistemin əhatə dairəsi kiçik gəmiləri, o cümlədən balıqçı gəmilərini də əhatə edərək genişləndirildi.
Hazırkı yeddi rəqəmli IMO nömrə formatında ədədlərin təxminən 900 000 kombinasiyası mövcuddur. 2022-ci ilin sentyabr ayının sonuna qədər onların yarısından bir qədər çoxu istifadə edilmişdir. Bu birləşmələrin daha iki onilə kifayət edəcəyi təxmin edilir.
“Seanews.az”