Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dənizçilərin futbol turnirinin final mərhələsində yarışacaq komandalar müəyyənləşib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 9 illiyinə həsr olunmuş mini-futbol turniri davam edir.

Bu gün turnirin final mərhələsinin oyunları keçirləcək. 

Saat 15:00-da 3-cü yer uğrunda  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandaları mübarizə aparacaqlar. Saat 16:00-da isə “Səbail” Futbol Klubu və Azərbaycan Dövlət Dəniz Akademiyasının komandaları isə birincilik uğrunda yarışacaqlar.

Hər iki oyun “Bibiheybət” Gəmi Təmiri Zavodunun idman meydançasında baş tutacaq.

Qeyd edək ki, dünənki yarımfinal oyunlarında “Səbail” Futbol Klubu 2:1 hesabı ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna,  Azərbaycan Dövlət Dəniz Akademiyası isə 6:5 hesabı ilə “Bibiheybət” Gəmi Təmiri Zavoduna qalib gəlmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır