Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Gəmi-muzeyin 360 dərəcəlik ekranında nümayiş olunan video Vətən müharibəsinə aid görüntülərlə zənginləşdirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin “Xəzərin Ruhu” zalı yenilənmədən sonra ziyarətçilərin ixtiyarına verilib.

Artıq ziyarətçilər gəmi-muzeyin 360 dərəcəlik ekranla təchiz olunmuş “Xəzərin ruhu” zalında ən yeni tariximizin şanlı səhifəsi sayılan Vətən müharibəsi mövzusuna aid görüntüləri izləmək imkanına malik olacaqlar.

"Baku Media Center"in hazırladığı videoda müharibənin başlanmasından Qələbə gününədək gedən döyüşlər, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar nümayiş olunur.

Ermənistanın işğal dövründə tariximizə, mədəniyyətimizə, yaşayış məskənlərinə qarşı vandalizm faktları da videoda yer alıb.

Ziyarətçilər ekranda işğaldan azad olunmuş ərazilərimizdə sürətlə davam edən quruculuq işlərini də izləyə bilərlər.

Ümumilikdə “Xəzərin ruhu” zalında Azərbaycanın tarixinə aid bir çox məqamlar var. Burada üç əsr yaşı olan gəmiçilik tarixi ilə yanaşı, digər sahələr də əhatə olunub.

360 dərəcəlik ekranda nümayiş edilən video-görüntülər Azərbaycan, rus və ingilis dilində mətnlə müşaiyət edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır