Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Gəmilər riskləri azaldan xəbərdarlıq sistemi ilə təchiz ediləcək

“Holland Shipyards Group” İsveçin “Trafikverket Sweden” nəqliyyat idarəsi ilə iki avtonom tam elektrik bərəsinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə, müqaviləyə əlavə iki gəmi tikmək variantı da daxildir.

Bərələr avtonom naviqasiyanın ikinci səviyyəsinə uyğun səfərlər edəcək, onlar Stokholmdakı uzaqdan idarəetmə mərkəzindən idarə olunacaq.

İmzalanmış müqavilə avtomatik yanalma imkanı olan dörd məntəqəli iki bərə və akkumulyatorların doldurulması üçün iki stansiyanın tədarükü, təlim kompleksinin və gəmilər üçün məsafədən idarəetmə mərkəzinin yaradılmasını nəzərdə tutur. Tam paketə dörd bərə, səkkiz avtomobil körpüsü, dörd doldurma stansiyası və digər texnologiyalar daxildir.

Bərələrin uzunluğu 86 metr, eni 14,24 metr, yükgötürmə qabiliyyəti 60 avtomobildir. Gəmilər 2-ci səviyyəli muxtariyyətə (IMO) sahib olacaq, yəni bərə uzaqdan idarə ediləcək, lakin lazım gələrsə, gəmidə idarəetməni ələ ala biləcək heyət olacaq. Yanalma zamanı gəmilər təxminən dörd dəqiqəyə sahil doldurma stansiyasından yüklənəcək.

Avtonom naviqasiya texnologiyasının tətbiqi uzunmüddətli perspektivdə sərnişinlərin təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Gəmilər gözlənilməz hərəkətlərin riskini azaldan vəziyyətlə bağlı xəbərdarlıq sistemi ilə təchiz ediləcək.

Müqavilənin şərtlərinə əsasən, ilk bərə 2024-cü ilin ikinci yarısında, qalan gəmilər isə müəyyən fasilələrlə təhvil veriləcək.

Qeyd edək ki, “Holland Shipyards Group” tam elektrik və hibrid gəmilərin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır