Hindistan donanması “Barak 1” raketini sınaqdan keçirib
Hindistan Hərbi Dəniz Qüvvələrinin “INS Vikramaditya” aviadaşıyıcısı “Barak 1” yer-hava raketini uğurla sınaqdan keçirib.
“Defence Decode” nəşrinin yazdığına görə, 1987-ci ildə istismara verilən aviadaşıyıcı 1996-cı ildə istismardan çıxarılana qədər Sovet Hərbi Dəniz Qüvvələrində, daha sonra isə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edib.
Aviadaşıyıcı 2004-cü il yanvarında 2,35 milyard dollara Hindistana satılıb. Modernləşdirilmiş gəmi 2013-cü ilin iyulunda dəniz sınaqlarını uğurla başa vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır