Növbəti insansız gəmi təhvil verilib
Üçüncü “Overlord” insansız dəniz gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.
“Leidos” şirkəti tərəfindən icra edilən layihə çərçivəsində Luiziana ştatında yerləşən “Gulf Craft” tərəfindən inşa edilən “Mariner” adlı insansız platforma artıq ABŞ donanmasının istifadəsinə təqdim edilib.
Platforma komanda-nəzarət sistemi, virtuallaşdırılmış “Aegis” döyüş sistemi, avtonom naviqasiya sistemi və s. ilə təchiz olunub. Daha bir neçə təkmilləşdirmə və sınaqdan sonra gəmi 2023-cü maliyyə ilində fəaliyyətə başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır