Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“NYK” şirkəti “Sakigake” yedək gəmisini mühərrikinin ammonyakla işləməsi üçün təkmilləşdirəcək

“NYK” nəqliyyat-logistika qrupu “Sakigake” yedək gəmisinin mühərrikinin ammonyakla işləməsi üçün təkmilləşdirilməsi ilə bağlı “Keihin Dock Co., Ltd” gəmi təmiri şirkəti ilə müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə,mayeləşdirilmiş təbii qazla işləyən “Sakigake” yedək gəmisi hazırda “Shin-Nippon Kaiyosha Corp” tərəfindən idarə olunur və Tokio körfəzindəki gəmilərə xidmət göstərir.

Müqavilənin şərtlərinə əsasən, modernləşdirmə işləri 2024-cü ilə qədər başa çatdırılmalıdır.

Ammonyakla işləyən mühərrikləri olan gəmilər üçün layihələrin hazırlanmasına 2021-ci ilin oktyabrında başlanılıb. Bu layihə “NYK” tərəfindən “IHI Power Systems Co., Ltd” (“IPS”)  ilə əməkdaşlıqda Yaponiya yeni enerji və sənaye texnologiyalarının inkişafı təşkilatının “Yaşıl İnnovasiya Fondu” layihəsi çərçivəsində həyata keçirilib.

“NYK Line” və “IPS” göyərtəsində məhdud yer olan təhlükəsiz və praktiki ammonyakla işləyən qurğu layihələndirib. “A-Tug” konsepsiyası adi yedək gəmisinin ölçülərini dəyişmədən problemləri həll edir. Bu ilin iyul ayında “NYK Line” və “IPS” ammiakla işləyən yedək gəmisi layihəsi üçün Yaponiya təsnifat cəmiyyəti “Nippon Kaiji Kyokai” (“ClassNK”) tərəfindən prinsipial təsdiq sertifikatı alıb.

“NYK” gəminin çevrilməsi layihəsinə 2023-cü ildə başlayacaq. Yokohama limanında nümayiş sınağı 2024-cü maliyyə ilinə planlaşdırılıb.

Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları, daşınmaz əmlakın idarə edilməsi və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır. “NYK Group” 755 müxtəlif gəmidən ibarət donanmaya sahibdir və onu idarə edir. Bütün donanmanın ümumi tonajı 61,2 milyon tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır