Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Ekoloji cəhətdən daha təmiz gəmi növləri üçün azaldılmış tonaj vergi dərəcəsi nəzərdə tutulur

“Maersk” şirkəti ötən rübdə 8,6 milyard dollar, “Hapag-Lloyd” isə 8,7 milyard avro (8,94 milyard dollar) xalis mənfəət əldə edib.

“Sea-Intelligence”-nin danimarkalı analitiki hesab edir ki, “Maersk” gəmiçilik şirkətinin 2-ci rübdə vergiləri 164 milyon dollar və ya mənfəətin 1,8%-ni təşkil edəcək. Hazırda Almaniyanın ən gəlirli şirkəti adı uğrunda “Volkswagen” ilə rəqabət aparan “Hapag-Lloyd” isə 20,8 milyon avro, yəni mənfəətin 0,5%-ni vergi ödəyəcək.

“Blue Alpha Capital”, artan uzunmüddətli müqavilə dərəcələrinin və davamlı liman tıxaclarının keçən illə müqayisədə bu il xətlərin mənfəətində 73% artacağını proqnozlaşdırır. 11 ictimai daşıyıcının hesabatına əsaslanaraq, “Blue Alpha Capital” 2022-ci ildə sənayenin ümumi xalis gəlirini 256 milyard dollar səviyyəsində qiymətləndirir. Bu rəqəm təxminən Portuqaliyanın ÜDM-i ilə müqayisə edilir.

Dəniz daşıyıcılarının vergiyə cəlb edilməsi üçün ümumi praktika tonaj vergisidir. O, dövlət bayrağı altında qeydiyyatdan keçmiş donanmanın müəyyən payına (yarıdan çoxuna) malik olan gəmi sahibləri üçün gəminin xalis tonajı əsasında gəlir vergisinin hesablanmasının sadələşdirilmiş qaydasını nəzərdə tutur. Bundan əlavə, bu təcrübə ekoloji cəhətdən daha təmiz gəmi növləri üçün azaldılmış tonaj vergi dərəcəsini nəzərdə tutur.

Bununla belə, tonaj vergisi islahatı asan həll deyil. “Vespucci Maritime” konsaltinq şirkətinin rəhbəri, konteyner bazarı üzrə tanınmış analitik Lars Yensen qeyd edir ki, daşıyıcılar oyun şərtlərinin hamı üçün eyni olmaqdan uzaq olduğu qlobal bazarda rəqabət aparır. Bazar müxtəlif dövlət subsidiyaları, o cümlədən kabotaj, güzəştli kreditlərə çıxış və müxtəlif bayraq dövlətləri tərəfindən təklif olunan donanma qeydiyyatı şərtlərindəki fərqlər səbəbindən təhrif olunur.

"Tonnaj vergisinin artırılması və ya ləğv edilməsi ideyası cazibədar görünə bilər, lakin bu, həm də daşıyıcıların öz bizneslərinin əhəmiyyətli bir hissəsini digər yurisdiksiyalarda yenidən qeydiyyatdan keçirməyə qərar verə bilməsi riskini daşıyır. Əgər bunu etməsələr, rəqiblərinə nisbətən mövqelərini çox zəifləyəcəklər”, - deyə Yensen xəbərdar edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır