Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Üzən sualtı qayıq 120 kilometr sürətlə uça da biləcək

Çində tədqiqatçılar üzən və uça bilən insansız sualtı platforma hazırlayırlar.

Çinin “South China Morning Post” nəşrinin iddiasına görə, uçan sualtı qayıq sualtı minaların aşkarlanması da daxil olmaqla müxtəlif hərbi missiyaları dəstəkləyəcək.

Sistemin pərləri sualtı hədəfə yaxınlaşmağa və uzun müddət dayanmağa imkan verir.

Tədqiqatçıların bildirdiyinə görə, platformanın iki böyük qatlanmış qanadı səthə çatdıqda uzanır və sualtı qayığın saatda 120 kilometr sürətlə uçmasına imkan verir.

Qanadları təxminən iki metr olan insansız sualtı qayıqların iki prototipi istehsal edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır