Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Gasgrid Finland” şirkəti üzən LNG terminalı üçün liman qurğuları tikəcək

“Gasgrid Finland” şirkəti İnkooda “Exemplar” üzən LNG terminalı üçün liman qurğularının tikintisinə başlayıb.

“Seanews.az”-ın məlumatına görə, qaz nəqli şirkəti gəmini 2022-ci ilin dekabrında Fortumun dərin su limanında yerləşdirməyi planlaşdırır.

Üzən terminal əvvəllər Amerikanın “Excelerate Energy” şirkətindən 10 il müddətinə icarəyə götürülüb. “Əhəmiyyətli potensiala malik “FSRU Exemplar” “Balticconnector” boru kəməri vasitəsilə bütün Baltik dənizi regionunun qaz bazarına xidmət göstərəcək”, - şirkətin press-relizində deyilir.

“Balticconnector” boru kəməri Finlandiya və Estoniyanı birləşdirir.

“Exemplar” Üzən Saxlama və Qazlaşdırma Qurğusunun (FLU) uzunluğu 291 metr, eni isə 43 metrdir. Onun həcmi təxminən 151 min kubmetrdir ki, bu da təxminən 68 min ton mayeləşdirilmiş təbii qaza (LNG) uyğundur.

Mütəxəssislərin fikrincə, bu, hər iki respublikanın ümumi qaz tələbatını ödəmək üçün kifayətdir. Daxil olan LNG-nin 80%-ni Finlandiya, 20%-ni Estoniya alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır