Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-18,
Seanews
Heyder Eliyev

Külək enerjisi ilə işləyən ilk “RO-RO” gəmisi tikiləcək

“Knud E. Hansen” konstruktor bürosu  külək enerjisi ilə işləyən dünyada ilk “RO-RO” gəmisinin tikintisi layihəsinə qoşulması barədə  “Wallenius Marine” şirkəti ilə  müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki,  10-12 knot sürətlə hərəkət edəcək gəmi 7000 avtomobil, üstəlik yuvarlanan yüklər daşıya biləcək. Külək enerjisindən istifadə karbon qazı emissiyalarını 90% azaldacaq.

Xatırladaq ki, “Vallenius Vilhelmsen” şirkəti “Orcelle Wind” adlı gəminin layihəsini ötən ilin fevralında təqdim etmişdi. Daha sonra isə gəmini 2025-ci ilə qədər istismara vermək üçün layihəni 2022-ci ilin ortalarına qədər tamamlamağı planlaşdırdığını bildirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır