Təsnifat cəmiyyəti balkerin LNG-dən ammonyak yanacağına keçid konsepsiyasını bəyənib
“Yaponiyanın “Nippon Kaiji Kyokai” Təsnifat Cəmiyyəti (“ClassNK”) Ekoloji Təmiz Gəmi Planlaşdırma və Layihələndirmə Mərkəzinə (GSC) mayeləşdirilmiş təbii qazla işləyən “Panamax” tipli quru yük gəmisinin ammonyak yanacağına keçməsi layihəsi üçün prinsipial təsdiq sertifikatı (AiP) verib.
Seanews.az” xəbər verir ki, mühərriklər və yanacaq sistemləri yeni dəniz yanacaqları ilə işləyən zaman təhlükəsizliyi təmin etmək məqsədi ilə “ClassNK” keçən il “Alternativ yanacaqlardan istifadə edən gəmilər üçün Təlimat” da nəşr edib.
Qeyd edək ki, Yaponiyanın “Nippon Kaiji Kyokai” Təsnifat Cəmiyyəti (“ClassNK”) dünya üzrə ticarət donanmalarının təxminən 20%-nə təsnifat və texniki xidmətlər göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır