Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İlk avtonom konteyner gəmisi Çinin daxili su yollarında istismar olunacaq

Çinin ilk sürücüsüz konteyner gəmisi “Zhi Fei” keçən həftə ilk kommersiya səfərinə çıxıb.

“Seanews.az” xəbər verir ki,  elektrik enerjisi ilə işləyən 300 TEU tutumlu konteyner gəmisi Çinin daxili su yollarında, xüsusən də Singdao - Dunszyako marşrutunda istifadə olunacaq.

Uzunluğu 117 metr, eni 15 metr olan gəmi 12 düyün sürətlə hərəkət edir. Gəmi tullantıları və səs-küyü azaldan ağıllı naviqasiya sistemi və yaşıl texnologiyalarla təchiz edilib.

Konteyner gəmisinin elektrik  güc qurğuları üç rejimdə işləyə bilər: idarə olunan, uzaqdan və avtonom.

 “Zhi Fei” Çinin “Qingdao Shipyard” tərsanəsində inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır