Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Hyundai Heavy” dəniz gəmiləri üçün pilotsuz naviqasiya sistemi hazırlayıb

 Cənubi Koreyanın “Hyundai Heavy Industries” konserni  2022-ci ildə Las-Veqasda keçirilən “Consumer Electronics Show” (“CES”) sərgisində dəniz gəmiləri üçün pilotsuz naviqasiya sistemini təqdim edib.

“Seanews.az” xəbər verir ki, avtonom naviqasiya proqramı “Avikus” konserninin törəmə şirkəti tərəfindən hazırlanıb. Yük gəmisinin bu sistemlə ilk səfəri 2022-ci ilin birinci rübündə baş tutmalıdır.

Şirkətin mühəndisi Joo Hyo Kyung deyib: "Bizim missiyamız tam avtonom naviqasiya ilə təmin etməklə ən təhlükəsiz gəmilərin yaradılmasına töhfə verməkdir”.

Şirkət gəmiqayırma və gəmiçilik sənayesini yeniləmək üçün nəzərdə tutulmuş digər məsələlər üzərində də işləyir. Belə texnologiyalardan hidrogen yanacağının istehsalı və daşınmasını, həmçinin tam robotlaşdırılmış tikinti sahələrinin yaradılmasını qeyd etmək olar.

“Hyundai Heavy Industries” ən böyük gəmiqayırma şirkətidir. Dünyada inşa edilən gəmilərin təxminən 17%-i onun payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır