Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“K-Line” yeni ildə ətraf mühiti çirkləndirməyəcək gəmilərini təqdim edəcək

Əsası 1919-cu ilin aprelində qoyulmuş “Kawasaki Kisen Kaisha, Ltd.” ("K" Line) gəmiçilik şirkəti daha səkkiz mayeləşdirilmiş təbii qaz (LNG) avtomobil daşıyıcısı və  “Capesize” tipli LNG balkeri inşa edəcək. Bundan əlavə, mayeləşdirilmiş kömür qazının (LPG) daşınması üçün tankerin tikintisi nəzərdə tutulur.

“Seanews.az” xəbər verir ki, belə tankerlərdə LPG-dən həm də yanacaq kimi istifadə ediləcək. Şirkət həmçinin 2022-ci ilin ikinci yarısında ətraf mühiti çirkləndirməyəcək gəmilərini təqdim etmək istəyir.

Yaponiyanın ən qədim və ən böyük şirkətlərindən biri olan "K" Line  rəqəmsallaşma sürətləndikcə şirkət nəinki yerüstü əməliyyatların səmərəliliyini artırmağa, həm də iş yükünü azaltmağa və təhlükəsiz əməliyyatları dəstəkləməyə davam edəcək. Bu yaxınlarda elan edilmiş süni intellektlə hərəkətə, müşahidə və gəmi idarəetməsinə dəstək sistemi kimi rəqəmsal texnologiyalardan geniş istifadə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır