Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Elektrik bərələr üçün yeni konsepsiya hazırlanıb

Kaliforniyanın “Boundary Layer Technologies” dəniz texnoloji startapı sualtı qanadlara malik və elektriklə işləyəcək sərnişin bərəsinin modeli üzərində işə başlayıb.

"Seanews.az" xəbər verir ki, «Electra» adlı bərənin üzmə sürəti və məsafəsi hazırda mövcud olan elektrik bərələrin müvafiq göstəricilərindən iki dəfə çox olacaq.

Sualtı qanadların patentləşdirilmiş texnologiyası və elektriklə işləyən güc qurğuların hesabına belə bərələr 40 uzel sürətlə 100 dəniz mili (185,2 km) qədər məsafə qət edə biləcəklər. Eyni zamanda akkumulyatorlu elektrik güc qurğuları bərənin daxilində səsin səviyyəsini 20 desibelə qədər azaldacaq. 

Patentləşdirilmiş texnologiyalar hesabına bu tip bərələrdən olan tullantılar adi yanacaqla işləyənlərə nisbətən 35 faiz az olacaq. Bu həm də CO2 tullantılarına olan vergi xərclərinin azalmasına gətirib çıxaracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır