Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Gəmilər üçün ekoloji cəhətdən təmiz termoelektrik generator yaradılıb

Cənubi Koreyanın "Samsung Heavy Industries" gəmiqayırma şirkəti çərşənbə günü gəmilər üçün dünyanın ilk ekoloji cəhətdən təmiz termoelektrik generatorunun yaradıldığını elan edib.

“Seanews.az”-ın məlumatına görə, şirkətin saytında dərc olunan press-relizdə qeyd edilir ki, generator elektron hissələr istehsalçısı “LG Innotek Co.” şirkəti ilə birgə əməkdaşlıq sayəsində hazırlanmışdır. Bu ilin aprel ayında şirkətlər generatorun sınaqlarını başa vurublar.

Generatorun yanacaq xərclərini və gəmilərdə karbon qazı tullantılarını azaldacağı gözlənilir.

Qeyd olunur ki, Cənubi Koreya gəmiqayırma şirkəti Yaponiyanın  "NWK Line" gəmiçilik korporasiyası ilə 174 min kubmetrmetr mayeləşdirilmiş təbii qazın nəql edəcək tankerlər üçün bu ilin dekabr ayında bu tip generatorların tədarükü ilə bağlı  müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır