Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dənizdə ağır konstruksiyaların quraşdırılması üçün kran gəmisi inşa edilir

Beynəlxalq dəniz mühəndisliyi layihələri podratçısı “Van Oord” dənizdə külək elektrik stansiyalarında mürəkkəb ağır konstruksiyalar quraşdırmaq üçün kran gəmisi sifariş edib.

“Seanews.az” xəbər verir ki, kran gəmisində 20 MVt-a qədər gücə malik özüllər və külək turbinləri quraşdırılacaq.

Çinin “Yantai CIMC Raffles”  gəmiqayırma zavodunda inşa edilən kran gəmisi 2024-cü ildə istismara veriləcək və Niderland bayrağı altında qeydiyyata alınacaq. Müqavilədə layihənin ikinci gəmisini tikmək imkanı da nəzərdə tutulub.

Layihə Danimarkanın  “Knud E. Hansen” konstruktor bürosu tərəfindən hazırlanmışdır. Müxtəlif təchizatçılar gəmiqayırma zavodunu ağır “Huisman” kranı və digər texniki avadanlıqlarla təmin edir və onları yerində quraşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır