Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Rusiyanın ilk avtonom gəmisi suya salınıb 

Sredne-Nevski gəmiqayırma zavodunda "Pioner-M" avtonom idarə olunan innovativ tədqiqat gəmisinin suyasalınma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, gövdəsi kompozit materiallardan hazırlanmış katamaran tipli tədqiqat gəmisi “Pioner-M” Sevastopol Dövlət Universiteti üçün inşa edilir.

Adıçəkilən gəminin Qara və Azov dənizlərində istismar edilməsi planlaşdırılır.

Suya salındıqdan sonra zavodun mütəxəssisləri gəminin sistem və mexanizmlərinin quraşdırılması, interyerin tamamlanması və elektrik quraşdırma işlərinə davam edəcəklər.

Zavod konstruksiyaların hazırlanmasında müasir vakuum infuziya texnologiyasından da aktiv istifadə edib.

“Pioner-M” Rusiyanın ilk avtonom gəmisi hesab edilir. Avtonom idarəetmənin uğurlu sınağından sonra bu texnologiyanın daha iri gəmilərdə tətbiqi planlaşdırılır.

Sözügedən layihə Təhsil və Elm Nazirliyi və Strateji Təşəbbüslər Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Gəminin uzunluğu 26, eni 9 metr, suyaoturumu 114 ton, maksimal sürəti 10 uzeldir. Beş gün avtonom şəkildə çalışa bilən gəmi 500 milə qədər məsafəni qət edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır