Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

İspaniya pilotsuz uçuş aparatı ilə gəmilərdən atılan tullantıların monitorinqini aparır

İspaniya pilotsuz uçuş aparatı vasitəsi ilə  Cəbəllütariq boğazından tranzit keçən gəmilərdən ətraf mühitə atılan tullantıların monitorinqini aparır.

“Seanews.az”-ın məlumatına görə,  iyulun ortalarından start verilən və Tarifa şəhərindəki bazadan həyata keçirilən layihə oktyabrın sonuna qədər davam edəcək.

“Camcopter S100 İHA” pilotsuz uçuş aparatının havada olma müddəti 6 saat, uçuş məsafəsi  100 km-dir.

Uçuş aparatı CO2 emissiyalarının səviyyəsini qeyd edən xüsusi kameralar və sensorlarla təchiz edilib.

Ölçmələr və qeydlər avtomatik olaraq məlumat mübadiləsi sistemində kodlaşdırılır. Pilotsuz aparatlar hər gün iki uçuş - orta hesabla 10 yoxlama həyata keçirir. İndiyədək yoxladığı 294 gəmidən 27-də icazə verilən həddən artıq karbon qazı tullantıları qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır