Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Wärtsilä” şirkəti ammonyakla çalışan mühərriklər istehsal edəcək

“Wärtsilä” şirkəti gələcəkdə inşa ediləcək gəmilər üçün ammonyakla çalışan mühərriklər hazırlamaqla bağlı Cənubi Koreya gəmiqayırma şirkəti ilə razılaşma əldə edib.

“Seanews.az” xəbər verir ki, ilkin mərhələdə konteyner gəmiləri və neft tankerləri bu mühərriklərlə təchiz olunacaqlar.

Adı çəkilən şirkət müvafiq müqaviləni cari ilin iyul ayında Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma şirkəti ilə imzalayıb.

“Wärtsilä” şirkəti, təmiz yanacaqlı dəniz mühərriklərinin hazırlanmasında fəal iştirak edir və 70% qarışıq yanacaqla çalışan mühərriki artıq uğurla sınaqdan keçirib.

Bu tip mühərriklərin istehsalında əsas məqsəd karbon tullantılarının həcminin minimuma endirilməsidir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır