Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Damen” gəmiqayırma zavodu ilk dəfə olaraq tamamilə elektriklə çalışan bərələr inşa edib 

Şimali Amerikada ilk dəfə olaraq istifadəyə veriləcək bu gəmilər Ontario gölündə bərə marşrutu üzrə istismar ediləcəklər.

“Seanews.az” xəbər verir ki,  cari il avqustun 26-da gəmilər sınaq üzüşündən uğurla çıxıblar.

Suya ilk dəfə salınması 2019-cu ilin noyabrında baş tutmuş gəmilər tamamilə eletrik qurğularla çalışır. Və bu tip gəmilər Şimali Amerikada ilk dəfə istismar ediləcəklər.

Bərələr Kanadanın Ontario şəhərinin Nəqliyyat Departamenti tərəfindən sifariş edilib.

Uzunluğu 68 metr olan “Amherst Islander II” və 98 metrlik “Wolfe Islander IV” bərələri nəqliyyat daşıyan gəmi vasitəsilə bu il sentyabr ayının sonlarına yaxın Ontario şəhərinə daşınacaqlar.

Açıq göyərtəli gəmilər həm hibrid rejimdə, həm də tamamilə dizel mühərrikləri ilə çalışmağa imkan verən iki dizel generatoru olan elektrik mühərriklə təchiz olunub. Bərələr qış fəslində -25 Cº -ə qədər olan temperaturda işləməli olduqları üçün gövdələri şaxtaya davamlı olan metaldan hazırlanıb.

Gəmilərin batareyaları 6 Mvt gücündədir və cəmi 10 dəqiqə ərzində tam şarj edilir.

Hazırda “Damen” şirkəti Ontario şəhərinin rəhbərliyi ilə sözügedən gəmiləri elektrik enerjisi ilə təchiz edən avadanlıqların quraşdırılması üçün danışıqlar aparır. Bundan əlavə, gəmilərin işləyəcəkləri ərazidə mövcud olan köhnə körpülər yeni elektrik stansiyalarla əvəz ediləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır