Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yük gəmisində günəş panelləri sınaqdan çıxarılır 

“Seanews.az” xəbər verir ki, “Wattlab” şirkətinin pilot layihəsinə start verilib. Şirkət, Avropanın ən böyük yükaşırma müəssisəsi olan,  illik yük dövriyyəsi orta hesabla 450 milyon təşkil edən   Rotterdam limanına yan alan çay gəmilərini yük anbarlarının qapaqlarında ultra-nazik, lakin dayanıqlı günəş panelləri ilə təchiz edib.

Bir anbar qapağına quraşdırılmış panel ildə orta hesabla 29.000 kVt / saat enerji istehsal edəcək ki, bu da bir hollandiyalının çox da böyük olmayan evinin illik istehlakına bərabərdir. 110 metr uzunluğunda olan yük gəmisinin 22 anbar örtüyü var.

Elektrik mühərrikli gəmilər səfər zamanı günəş enerjisindən istifadə etməklə yanacağa da qənaət edəcəklər. Yaranan enerji kranlar, nasoslar, naviqasiya avadanlığı və heyət üzvlərinin kayutlarında elektrik enerjisi təmin etmək üçün istifadə olunacaq. Panellər dizel generatorları yerinə yerləşdirilə bilər. Əsası 2016-cı ildə qoyulan  “Wattlab” şirkətinin qurucularından birinin dediyinə görə, “5-8 illik ödənişdən sonra pulsuz enerjiniz olacaq. Əlbəttə ki, daha təmiz hava, texniki xidmətə daha aşağı xərclər və generatorların səs-küyünün yoxluğunun məmnunluğu da öz yerində".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır