• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Fəlakətə məruz qalan gəmilərin koordinatlarını təyin etmək üçün mobil radar stansiyası yaradılır

“Seanewsaz”-ın əldə etdiyi məlumata görə, Rusiyada sahil zonasını izləyə və fəlakətə uğrayan gəmilərin koordinatlarını təyin edə biləcək "Laquna-İ" mobil radar stansiyası yaradılır.

Asiya-Sakit okean bölgəsinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla yaradılan "Laquna-İ" mobil radar stansiyası dənizdə neft və qaz sahələrinin, dəniz yükdaşımalarının təhlükəsizliyini təmin edə biləcək. Ondan balıq ovuna nəzarət, qeydiyyatsız su nəqliyyatının hərəkətini izləmək üçün də istifadə etmək mümkün olacaq. Bundan əlavə, "Laquna-İ" çətin vəziyyətə düşən və köməyə ehtiyacı olan gəmilərin koordinatlarını mümkün ən qısa vaxtda təyin edəcək ki, bu da  gəminin və heyətin operativ xilas edilməsində mühüm rol oynayacaq.

"Laguna-I", istənilən hava şəraitində 200 millik iqtisadi zonanın dəniz su sahəsinə gecə-gündüz nəzarəti təmin edə biləcək. Dənizdə 200-dən çox fərqli obyekti eyni vaxtda izləyə və onlar haqqında məlumatları real vaxt rejimində ötürmək də "Laguna-I" üçün çətin olmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır