Ro-Ro tipli ilk hibrid gəmi suya salınıb
Çinin “Nanjing Jinling Shipyard” gəmiqayırma zavodunda “Finnlines” şirkətinin sifarişi ilə inşa edilmiş Ro-Ro tipli ilk hibrid gəmi suya salınıb.
“Seanews.az” xəbər verir ki, “Finneco I” adlanan yeni gəmi sözügedən şirkətin sifariş etdiyi üç gəmidən birincisidir.
Cari ilin sonunda istismara veriləcək gəmi Biskay körfəzi - Şimal dənizi - Baltik dənizi marşrutu üzrə hərəkət edəcək. Yeni üzən vasitənin uzunluğu 238, eni 34 metr, dedveyti 17.4 min tondur.
Eyni seriyadan olan digər iki gəmi isə 2022-ci ildə təhvil veriləcək.
Məlumata görə, şirkətin sifariş etdiyi gəmilərin ümumi dəyəri 500 milyon avroya bərabərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır