• Bakı, 2021-05-17,
Seanews
Heyder Eliyev

2022-ci ildə Yaponiyada ilk elektrik tanker istifadəyə veriləcək

Litium batareyalarla çalışan dünyanın ilk elektrik tankeri 2022-ci ildə Tokio körfəzində istifadəyə veriləcək.

“Seanews.az” xəbər verir ki, “E5” adlı yeni elektrik tanker körfəzdə çalışan digər gəmilər üçün dizel yanacağının tədarükünü həyata keçirəcək.

Sözügedən tankerin batareyası 3.5 Mvt-a bərabərdir. Batareyanı istehsal edən “Corvus Energy” şirkəti artıq 400-dən çox gəmini batareyalarla təchiz edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır