Dünyanın ilk LNG ilə çalışan hibrid yedək gəmisi “Rolls-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunacaq
“Rolls-Royce” şirkəti Sinqapurun “Sembcorp Marine” gəmiqayırma zavodunda inşa olunan dünyanın ilk LNG ilə çalışan hibrid yedək gəmisini mühərriklə təchiz edəcək.
“Seanews.az” xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.
“Rolls-Royce” şirkətindən verilən məlumata görə, gəminin mühərriki bir neçə iş rejimində, o cümlədən elektrik mühərriklə çalışacaq.
2021-ci ildə istismara veriləcək gəminin operatoru “Sembcorp Marine” zavodunun alt şirkəti “Jurong Marine Services” olacaq. Bu gəmi 2025-ci ilə qədər inşası planlaşdırılan 12 ədəd hibrid yedək gəmisinin birincisidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır