• Bakı, 2021-01-25,
Seanews
Heyder Eliyev

Dron vasitəsilə gəmilərə Covid-19 testi çatdırılıb

Yunanıstanın Elefsis limanında pilotsuz uçuş aparatı sınaqdan keçirilib.

“Seanews.az” xəbər verir ki, “Hellenic Drones” şirkətinin hazırladığı dronlar vasitəsilə sahildən iki mil aralıda lövbər dayanacağında durmuş avtomobil daşıyan gəmiyə Covid-19 testi çatdırılıb.

Pilotsuz uçuş aparatı bu məsafəni 4 dəqiqə ərzində uğurla qət edib.

Şirkətdən verilən məlumata görə, testlərin gəmiyə dron vasitəsilə çatdırılması minlərlə dənizçinin həyatını xilas etməklə yanaşı, maddi xərcləri də kifayət qədər azaldır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır