Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ABŞ okeanda robot şəbəkəsi qurucaq

“Xerox” şirkəti məlumat yığımı məqsədi ilə okeanda robot-üzgəc şəbəkəsi qurmaq niyyətindədir. Şəbəkə Cənubi Kaliforniya və Meksika körfəzlərində yerləşdiriləcək. Layihə üçün vəsait ABŞ-ın Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən ayrılıb. Layihə rəhbərləri layihənin yalnız dinc məqsədlər üçün istifadə ediləcəyini deyib.

2017-ci ildə işə salınan layihə bir çox avtomatik cihazın kompyuter şəbəkələrini istifadə edərək, tək bir sistemə bağlanmasını əhatə edir. DARPA-nın okeana buraxacağı robot-üzgəcləri çoxda baha olmayan qeyd edilən kimi, dəniz haqqında məlumat toplayacaq. "Dənizlər və okeanlar dünyanın səthinin 70%-dən çoxunu əhatə edir, lakin biz bunlar haqqında çox az şey bilirik", - deyə “Xerox” şirkətinin vitse-prezidenti və internet şöbəsinin direktoru Ersin Uzun bildirib. Robot-üzgəcləriin əvvəllər əl çatmaz olan məlumatları toplayacaq. Hər bir robot-üzgəc təxminən iyirmi sensor daşıyır. Bura kamera, mikrofon, akselerometr, GPS modulu və bir çox digər şeylər daxildir. Cihaz dəniz suyunun istiliyi, dalğalar, gəmi hərəkətləri və hətta dəniz həyatı daxil olmaqla bir çox parametrləri izləyəcək.

Deyerler.org


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır