Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Kilometrlərlə dərinə enən robotlar Bermud üçbucağının sirrini aşkarlayıb

Bermud Üçbucağı keçmişdə bir çox təyyarə və gəminin yoxa çıxdığı düşünülən Atlantik okeanındakı bölgənin adıdır. Bura Mami (Florida), San Juan və Bermud adaları arasındakı ərazidir. 

İllərdir heç kimin qənaətbəxş bir açıqlama gətirə bilmədiyi bu sirli bölgənin elm adamları da daxil olmaqla bir çox insan tərəfindən bəzi fövqəltəbii qüvvələrin nəzarəti altında olduğu iddia edilirdi.

Hətta Xristofor Kolumb da gündəliklərində bu dünyaya aid olmayan bir obyektin Bermud Üçbucağı üzərində uçduğunu iddia edib. Bölgənin bu qədər məşhurlaşmasına səbəb olan ən əhəmiyyətli xəbər 1945-ci ildə "Flight 19" adlanan hava donanmasının tamamilə və izsiz itməsi idi. “New York Times” qəzeti son 500 ildə Bermud Üçbucağında azı 50 gəmi, 20 təyyarə və mindən çox insanın itdiyini iddia edir. Sonuncu hadisə dörd nəfəri daşıyan xüsusi təyyarənin itkin düşməsi olmuşdu. Təyyarə radarda itəndə Puerto Riqodan Floridaya gedirdi. Bölgədə iz qoymadan itən nəqliyyat vasitələrinin sayı təxminən 200-dən çoxdur. Burada itən gəmilər sualtı axtarışla da tapıla bilməmişdi.

Bermud üçbucağının sirri nədir?

İngilis alimlər uzun illər davam edən araşdırmalardan sonra Bermud Üçbucağı bölgəsindəki yüzlərlə sirli itkinin arxasında nəyin dayandığını müəyyənləşdiriblər. 

Kilometrlərlə dərinə enə bilən robotlar sayəsində məlum oldu ki, illərdir davam edən bu sirrin səbəbi okeanın dibində yerləşən təbii qaz mənbəyidir.

Bermud Üçbucağının olduğu bölgədə yerləşən təbii qaz mənbəyi yer üzünə sıçrayır və 'hidrat' adlanan ağ rəngli bir qatı maddəyə çevrilir.

Eyni zamanda, bu bölgədə "Gulf Stream" adlı isti su axını keçir və bu axın "hidratları" əridikcə "hidratlar" suya nisbətən daha az sıxlığa sahib olduqları üçün kütlə şəklində səthə çıxmağa başlayır. Nəticədə, Bermud Üçbucağındakı suyun sıxlığının azalması ilə həmin ərazidə suyun üzmə qabiliyyəti yox olur və suyun üzərindən keçən gəmilər birbaşa dənizin dərinliklərinə yuvarlanır.

Yüksəlməyə davam edən davamlı "hidrat"lar isə havadan daha az sıxlığa sahib olduqları üçün onun sıxlığını azaldır. Oksigenlə işləyən jet mühərrikləri bu bölgədən keçərkən kifayət qədər oksigen ala bilmədikləri üçün təyyarələr enir.

Digər bir iddia bölgədəki birdən-birə dəyişən hava şəraitidir. Bu bölgənin hava şəraitindəki qəfil dəyişiklik və gözlənilməz şiddətli fırtına təyyarələrin və gəmilərin qəzalar nəticəsində itməsinə səbəb ola bilər.

Bermud üçbucağı ilə bağlı mifləri izah etməyə çalışan fikirlərdən birinə görə, Yerin maqnit sahəsindəki nizamsızlıqlar təyyarələrdə və gəmilərdə problemlər yaradır. Digər bir görüşə görə, qəzaların qalıqları bu bölgədəki sürətli və nizamsız okean axınları səbəbilə qısa müddətdə yox olur.

Əslində, Bermud Üçbucağında qeyb olma hadisələrinin izahı göründüyü qədər mürəkkəb olmaya bilər. Bermud üçbucağı dəniz və hava nəqliyyatının ən çox hərəkət etdiyi bölgədir. Bu, statistik olaraq daha çox qəza və buna görə itki sayında artım deməkdir.

Ted.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır