• Bakı, 2020-10-21,
Seanews
Heyder Eliyev

Koreya ballastsız konteyner gəmilərinin layihəsini hazırlayır

Koreyanın “Hyundai Mipo Dockyard” və “Korea Marine Transport” şirkətləri  ballast suyu tələb etməyən və ya ondan çox az istifadə edən konteyner gəmilərinin layihəsini hazırlayır.

"Seanews.az" xəbər verir ki, İşlərin bu ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

“Hyundai Mipo Dockyard” balansında olan 1,8 min TEU tutumlu konteyner gəmisinin yeni quruluşu gəminin sürəti və digər məqamlar nəzərə alınaraq hazırlanacaq. Yeni texnologiya sahil zonası və dəniz mühiti üçün təhlükə yaradan ballast suyundan istifadəni minimuma endirməyə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır