Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Elektriklə işləyən nəhəng neft tankerləri tikiləcək

Yeddi yapon şirkəti sıfır emissiyalı, elektriklə işləyən nəhəng neft tankerləri inşa etmək məqsədilə konsorsium yaradıblar.

“Seanews.az” xəbər verir ki, konsorsiuma “Asahi Tanker Co.”, “Idemitsu Kosan Co.”, “Exeno Yamamizu Corporation”, “Mitsui O.S.K. Lines”, “Tokio Marine & Nichido Fire Insurance Co.”, “Tokyo Electric Power Company”, “Mitsubishi Corporation” daxildir.

Plana görə, layihə üzrə ilk gəmi  2022-ci ilin mart ayında hazır olacaq. Bununla da, böyük tutumlu litium-ion batareyaları ilə təchiz edilmiş dünyanın ilk sıfır emissiyalı elektrikli tankeri istifadəyə veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır