Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Rusiyanın yeni ekranoplanı “Xəzər Canavarı” adlandırılıb

ABŞ dərgisi “We Are the Mighty” Rusiyada hazırlanan çoxfunksiyalı “A-050 Çayka” ekranoplanını “Xəzər canavarı” adlandırıb.

"Seanews.az" xəbər verir ki, ekranoplan – xüsusi hava döşəkçəsi üzərində hərəkət edən yüksəksürətli nəqliyyat vasitəsidir. Ekranoplan suyun, buzun, qarın və yerin səthi üzərindən bir neçə metr hündürlükdə uçmaq qabiliyyətinə malikdir.  Beynəlxalq Dəniz Təşkilatı (İMO) ekranoplanı rəsmi olaraq dəniz nəqliyyatı vasitəsi kimi qeydiyyata alıb.

Məlumata görə, hazırda istehsal mərhələsində olan ekranoplanın çəkisi 50 ton olacaq. Doqquz ton yük və ya 100 nəfərə qədər sərnişin daşımaq imkanına malik olan bu vasitənin maksimal sürət həddi 450 km/s-a bərabərdir.

Ekranoplanın bu il ərzində istifadəyə veriləcəyi planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır