Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

ABŞ donanması avtonom rejimdə çalışan robot-gəmilər hazırlayır

ABŞ Hərbi Dəniz Qüvvələri və “DARPA” agentliyi avtonom rejimdə çalışan “NOMARS” adlı robot-gəmilərinin istehsalına start veriblər.

Layihənin uğurla başa çatacağı təqdirdə, ABŞ donanmasında çətin işlərin icrası üçün nəzərdə tutulmuş hərbi gəmi istifadəyə veriləcək.

Digər bir “LUSV” (Large Unmanned Surface Vehicle) adlı layihə çərçivəsində beş il ərzində dedveyti 2000 ton olan 10 ədəd avtonom robot-gəminin inşası planlaşdırılır. Bu gəmilər kəşfiyyat üçün və ya üzən raket platformaları kimi istismar ediləcəklər. “LUSV” layihəsinə aid gəmilər tam avtonom olmaqla yanaşı, kiçik bir heyətlə də idarə oluna bilər.

“NOMARS” (No Mariners Required Ship) gəmilərinin əsas xüsusiyyəti kapitan körpüsünün, hərbi şöbənin və adi gəmilərdə olan digər infrastrukturun olmamasıdır. Bu da gəminin həcminin kifayət qədər azaldılmasına kömək edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır