"Marsel Fos" limanı blokçeyn texnologiyasının tətbiqinə başlayır
Fransanın ən böyük limanı "Marsel Fos" yük daşımalarında istifadəni hədəflədiyi blockçeyn texnologiyasının pilot layihəsini uğurla başa vurub.
Layihə istifadəçilərə rəqəmsal gömrük sənədlərini bölüşməyə və müvafiq tərəflərə məlumat göndərməyə imkan verir. Beləliklə, liman ticarəti daha etibarlı, daha sürətli və daha şəffaf şəkildə həyata keçirilir. Bu, ticarətçilərin xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, blockçeyn texnologiyasının tətbiqi yalnız limanın imkanları hesabına həyata keçirilmir. Layihəyə dövlət və özəl dəniz nəqliyyatı şirkətləri də maliyyə dəstəyi göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır