Sinqapur mərkəzli şirkət bütün gəmilərini balast su təmizləyici sistemi ilə təchiz edəcək
Sinqapurda yerləşən “Asiatic Lloyd” nəqliyyat şirkəti 30 gəmidən ibarət bütün donanmasını ballast su təmizləyici sistemləri ilə təchiz edir.
Şirkət bununla bağlı “Optimarin” ilə müqavilə imzalayıb.
Müqaviləyə görə, 2022-ci ilə qədər “Asiatic Lloyd”-un bütün konteyner gəmilərində yeni sistemlər quraşdırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır