Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dünyanın LNG ilə işləyən ən böyük konteyner gəmisinin tikintisi başa çatıb

Dünyanın  LNG ilə işləyən (mayeləşdirilmiş təbii qaz) ilk konteyner gəmisinin tikintisi tamamlanıb. Gəmi Fransanın iri gəmiçilik və logistika şirkəti olan “CMA CGM”ya məxsusdur və şirkətin qurucusunun şərəfinə “Jak Saade” adlandırılıb.

"Seanews.az" xəbər verir ki, “Jak Saade” 23000 TEU tutuma malikdir, uzunluğu 400, eni 61 metrdir.

Gəmi daha dinamik naviqasiya brifinqləri üçün qabaqcıl xəritə görüntüləri təqdim edən ekranlar, səfər zamanı üç dəqiqə ərzində gəminin mövqeyini göstərə biləcək bir qiymətləndirmə sistemi və s ilə təchiz edilib.

“CMA CGM”-dən bildirilib ki,  ənənəvi yanacaqlarla müqayisədə LNG-nin istifadəsi nəticəsində kükürd oksidi tullantıları 99, azot oksidi tullantıları 85, karbon qazı tullantıları 20 faiz azalacaq.

"Jak Saade" Asiya-Şimali Avropa xətti üzrə istismar ediləcək.

“CMA CGM” eyni sinifli gəmidən daha 9 ədəd donanmasına əlavə etməyi planlaşdırır.  

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır