• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

“Satti” üzən qazma qurğusu ASCO-nun gəmiləri vasitəsilə Azərbaycana yedəklənib

Qazaxıstanın "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Satti” üzən qazma qurğusu Azərbaycana çatdırılıb.

Üzən qazma qurğusu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nə  (ASCO)  məxsus yedək gəmilərinin müşaiyəti ilə Qazaxıstanın Kurik limanından yola salınıb. Prosesə əsas yedək gəmisi kimi “Andoqa”, köməkçi yedək gəmisi kimi “Aura” və müşahidəçi gəmi kimi “SOCAR-1” gəmiləri cəlb olunub. Qurğu təhlükəsiz şəkildə "Caspian Drilling Company LTD." şirkətinə məxsus "CDC Dəniz Təchizat və Logistika Bazası"na çatdırılıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır