Gəmi və təyyarələrdə sürətli interneti təmin edəcək peyk orbitə buraxılıb
ABŞ şirkətinə məxsus “Space X” raketdaşıyıcısı orbitə “İnmarsat-5 F4” peykini çıxarıb.O, digər peyklərlə yanaşı, təyyarə və gəmiləri yüksəksürətli internetlə təmin edəcək.
Bu haqda BBC News xəbər yayıb.
Qeyd edək ki, “İnmarsat-5 F4” dənizdə və havada yüksəksürətli interneti təmin edən sayca dördüncü peykdir. “Boeing” şirkətinin hazırladığı peykin ümumi çəkisi altı tondur. Kifayət qədər ağır peykin nə vaxtsa geriyə qaytarılması üçün əlavə raketdaşıyıcılar tələb olunacaq. Bu səbəbdən şirkət istifadə müddətinin sonuna qədər peykin orbitdə qalacağını planlaşdırır.
Peyk gəmi və təyyarələrdə yüksəksürətli internet yarada biləcək ən güclü texnologiya hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır