Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

onom gəminin sınağı uğurla tamamla

Finlandiyanın “Wartsila” şirkəti avtonom gəmi texnologiyası sahəsində tarixi ilkə imza atıb. Belə ki, şirkət Norveçdə bir bərənin tamamilə heyətsiz şəkildə səfərini uğurla sınaqdan keçirib.  “Seanews.az” xəbər verir ki, test işi 85 metrlik “Folgefonn” gəmisi ilə yerinə yetirilib.  Sınaq zamanı gəmi üç fərqli limanı insan müdaxiləsi olmadan ziyarət edib. “Folgefonn” avtonom şəkildə limanda manevr edərək hərəkətə başlayıb, daha sonra təyinat yerinə çataraq orada lövbər atıb.  “Wartsila”-nın direktor köməkçisi Joonas Makkonen deyib ki, bu, ağıllı dənizçilik planlarımız istiqamətində önəmli addımdır.  Dəniz sənayesini yüksək məhsuldarlıq, təhlükəsizlik və ekoloji davamlılıq dövrünə doğru inkişaf etdirmək üçün lazım olan ağıllı məhsul və sistemlərin inkişaf etdirilməsinin digər yollarını axtarmağa davam edirik.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır